Bakı səfəri Tuncay Şanlı üçün son şansdır
30.09.2010 - 09:32
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink klublarında heyətə düşməyən futbolçulardan narazıdır. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Kolin Kazım, Semih Şəntürk (hər ikisi “Fənərbaxça”), Tuncay Şanlı (“Stok Siti”, İngiltərə) və Gökhan Zandan (“Qalatasaray”) imtina edə biləcəyini açıqlayıb.
Oktyabrın 8-də Almaniya, 4 gün sonra Azərbaycanla səfərdə keçiriləcək seçmə oyunlarında bu futbolçulara sonuncu şans veriləcək. Bu görüşlərdə özlərini sübut edə bilməyəcəkləri halda, Hiddink onları bir daha heyətə çağırmayıb, yeni istedadlar axtaracaq.
Qeyd edək ki, cari mövsümdə Tuncay klubunun start heyətinə düşə bilməyib. İlk iki turda sonradan meydana daxil olan futbolçu sonrakı 4 matçda heç “18-liy”ə da daxil edilməyib.
İlk iki turda start heyətində yer alıb, 2 qol vuran Semih isə zədə üzündən heyətdən kənarda qalıb və sonradan yalnız 1 dəfə meydana daxil olub. Bu da görüşün axırında 17 dəqiqəlik olub. İki çempionat oyununda üst-üstə 18 dəqiqə oynayan Gökhandan fərqli, Kazım Superliqanın yeni mövsümündə debüt etməyib.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0