Xavi İspaniya yığmasına lazım deyil
30.09.2010 - 16:49
Dünyanın ən güclü futbolçularından biri Xavi Ernandes İspaniya yığmasından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, milli komandanın heyətində dünya və Avropa çempionu olan 30 yaşlı yarımmüdafiəçi oktyabrda keçiriləcək seçmə oyunlara dəvət olunmayıb.
Gələn ayın 8-də Litva, 4 gün sonra Şotlandiya ilə görüşəcək ispaniyalıların baş məşqçisi Visente del Boske bu matçlar üçün açıqladığı siyahıda Xaviyə yer verməyib. Bu, onun zədəsi ilə izah olunsa da, yarımmüdafiəçi “Barselona”nın Rusiya “Rubin”inə qarşı Çempionlar Liqasının görüşündə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Xavi son qitə çempionatının ən yaxşı futbolçusudur.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0