Qus Hiddink və 2 türkiyəli futbolçu
04.10.2010 - 11:26
Avro-2012-nin seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan Türkiyə millisinin baş məşqçisi Qus Hiddinkin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, hollandiyalı mütəxəssis və Türkiyə yığmasının 2 futbolçusu KİV nümayəndələri qarşısına oktyabrın 11-də, saat 20:15-də çıxacaqlar.
Mətbuat konfransı oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bundan başqa, oktyabrın 8-də Almaniya ilə qarşılaşacaq Türkiyə millisi Bakıya matçın ertəsi gün Türk Hava Yollarına məxsus təyyarə ilə gələcəklər. Rəqibimiz Bakıda olduğu müddətdə “Hyyat Park” otelində məskunlaşacaq.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0