Sərvət Azərbaycandan qayıdandan sonra xəbərdarlıq alacaq
04.10.2010 - 11:59
“Qalatasaray” klubunun prezidenti Adnan Polat futbolçusu Sərvət Çətinlə Azərbaycanla oyundan sonra ciddi söhbət edəcək. Apasport.az saytının məlumatına görə, Polat Türkiyə Superliqasının son turunda “Karabükspor”la oyun öncəsi baş məşqçi Frank Raykaardla mübahisəsi yaranan və nəticədə məşqdən qovularaq səfər görüşünə aparılmayan müdafiəçinin davranışından narazıdır.
Klub rəhbəri Avro-2012-nin seçmə mərhələsində Almaniya və Azərbaycanla səfər oyunlarından sonra Sərvətə xəbərdarlıq edəcək. “Qalatasaray”ın “Karabükspor”a məğlubiyyəti Polatın kefini pozub. Prezident komandasının 7 turda artıq 3 dəfə uduzmasına çox qızğındır. O, Sərvət problemi ilə əlaqədar baş məşqçi Frank Raykaarda da qəzəblənib. Rəhbərlik heyətdən kənarlaşdıran hollandiyalı mütəxəssisin atasının vəfatı ilə əlaqədar söhbəti sonraya saxlayaraq, yığmanın da oyunlarının bitməsini gözləyir. Raykaard isə Çətinlə probleminin olmadığını bildirib: “Sərvətə yığmaya gedəcəyi və digər futbolçularımıza baxmaq üçün istirahət verdik. O, yığmadan dönəndən sonra məşqlərə çıxacaq”.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0