Avro-2012-nin təqvimi təsdiqləndi
05.10.2010 - 08:57
UEFA-nın İcraiyyə Komitəsi 2012-ci ildə Polşa və Ukraynada təşkil olunacaq Avropa çempionatının final mərhələsinin təqvimini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, Minskdə təşkil olunan tədbirdə baş tutacaq 31 qarşılaşmanın baş tutacağı şəhərlər də dəqiqləşib. Polşanın 4 şəhəri – Qdansk, Vrotslav, Poznan və Varşava ümumilikdə 15 oyunu qəbul edəcək. Digər 16 qarşılaşma isə Ukrayna şəhərləri Kiyev, Donetsk, Xarkov və Lvovun payına düşəcək.
İyunun 8-də, cümə günü baş tutacaq açılış oyunu Varşavada, iyulun 1-də, bazar gününə təsadüf edəcək final görüşü isə Kiyevdə keçiriləcək. İyunun 27-nə təyin olunan yarımfinallar Varşava və Donetskdə baş tutacaq. Ayın 21-dən 24-dək oynanılacaq 1/4 final matçlarını isə Varşava, Qdansk, Kiyev və Donetsk qəbul edəcək. Qrup mərhələsində isə 8 şəhərin hər birinə 3 oyuna ev sahibliyi etmək nəsib olacaq. Təşkilatçılardan Ukrayna qrupda ilk oyunu Kiyev, növbəti 2 matçı Donetskdə keçirəcək. Polşalılar isə iki dəfə Varşava, bir dəfə Vrotslav publikası önündə oynayacaq.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0