Avstriya mətbuatı Azərbaycan yığması ilə heç-heçənin sirrini açdı
07.10.2010 - 11:58
Azərbaycan milli komandasının Avstriya yığması ilə heç-heçə etməyinin sirri açılıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də baş tutacaq qarşılaşmada Berti Foqtsun yetirmələrini qəbul edəcək avstriyalılar millimizlə əvvəlki görüşləri də unutmayıb. DÇ-2006-nın Bakıda keçirilən seçmə oyununda xal itirən mərkəzi avropalılar 2005-ci ilin payızındakı heç-heçəni kənar amillərlə bağlı olduğunu düşünür.
Belə ki, həmin matçı uğursuzluq kimi dəyərləndirən Avstriya mətbuatı həmin nəticənin təkrarlanacağına zəmin olmadığını fikirləşir: Həmin vaxt oyunun nəticəsi baş məşqçimiz Hans Krankl üçün həlledici oldu. O, Bakıdakı görüşdən sonra istefa verdi. Lakin həmin 0:0 hesablı nəticə heç də oyunun özü ilə bağlı deyildi. Belə ki, federasiyanın o vaxtkı prezidenti Fridrix Ştikler və baş məşqçi arasında ciddi problemlər var idi. Bu da komandaya mənfi təsir göstərirdi.
Qeyd edək ki, DÇ-2006-nın Avstriya ilə səfərdəki oyununda millimiz 0:2 hesabı ilə uduzmuşdu.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0