Əliyev ilk lisenziya xarakterli yarışa yollanır
07.10.2010 - 13:43
Oktyabrın 17-də İstanbulda qitələrarası Avrasiya marafonu keçiriləcək. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xarakterli ilk yarışda Azərbaycanın idman şərəfini milliləşdirilmiş legionerimiz Telahun Əliyev qoruyacaq. 42 km məsafəyə qaçışda atletimiz şəxsi məşqçisi Mətin Sazakın rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, yarışda Olimpiadaya vəsiqə qazanmaq üçün 2 saat 15 dəqiqə normativini yerinə yetirmək lazımdır. Əliyev isə son dünya çempionatında bu məsafəni 2 saat 18 dəqiqəyə qaçıb. Bundan əlavə, marafonda kişilərin yarışında ilk “25-likdə” qərarlaşacaq idmançılar pul mükafatına layıq görüləcəklər. Fəxri kürsüyə yüksələcək atletlər isə müvafiq olaraq, 35, 15 və 10 min ABŞ dolları qazanacaqlar.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0