Azərbaycan millisi üçün 500 azarkeş
07.10.2010 - 16:55
Azərbaycan milli komandasının sabah Avstriya yığması ilə keçiriləcək oyununu ən azı 20 min tamaşaçı izləyəcək. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək bu qarşılaşmaya artıq 20 min bilet satılıb. Sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq oyunun startına kimi bu rəqəmin artacağı gözlənilir. Məşhur “Ernst Happel” stadionunda baş tutacaq qarşılaşmanı izləyənlər arasında millimizin azarkeşləri də olacaq. Belə ki, 500 azərbaycanlı da görüşün canlı şahidi olacaq.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0