Sərvət Çətin: Bu məğlubiyyəti Bakıda qələbə ilə əvəz etmək arzusundayıq
09.10.2010 - 10:34
“Almanlara məğlubiyyəti yaddan çıxarıb, növbəti oyunlarda qələbə barədə fikirləşməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Türkiyə milli komandasının futbolçusu Sərvət Çətin deyib.
III turda Almaniya yığmasına 0:3 hesabı uduzan futbolçu məyusdur. O, bu uğursuzluğa oktyabrın 12-də Bakıda keçiriləcək milli komandamızla görüşdə son qoymaq niyyətindədir: “Qrupda ilk dəfə uduzduq. Ancaq buna yenidən nəzər salmaq düzgün deyil. Bu məğlubiyyəti Bakıda qələbə ilə əvəz etmək arzusundayıq. Azərbaycana qalib gəlib, yenidən yuxarı pillələrə qalxmaq istəyirik”.
Qeyd edək ki, “ay-ulduzlu” komanda ilk məğlubiyyətindən sonra 6 xalla 3-cü pillədədir. Onları 9 xal toplayan Almaniya və 2 oyuna 6 xala sahib olan Avstriya qabaqlayır.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0