Türkiyə yığmasının Bakı səfəri yubanır
09.10.2010 - 18:37
Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 12-də keçiriləcək oyununda Azərbaycan milli komandası ilə görüşəcək Türkiyə yığmasının Bakı səfəri yubanır. Apasport.az saytının məlumatına görə, saat 18:35-də Heydər Əliyev adına Binə hava limanında enməli olan qonaqlar hələ də ölkəmizə çatmayıblar. Onların saat 20:55-də hava limanına enəcəyi gözlənilir. Bu isə o deməkdir ki, qonaqlar nəzərdə tutulduğundan 2 saat 20 dəqiqə gec gələcək.
Türkiyəliləri qəbul edəcək nümayəndə heyətinin qonaqları qarşılaşmağa çıxanlara verdiyi məlumata görə isə onlarla ünsiyyət qurmaq problemli olacaq. Belə ki, limanda peyda olduqdan sonra türkiyəlilər mühafizəçiləri qurduğu xüsusi xətt üzrə avtobuslara kimi hərəkət edəcək. Bu müddətdə nə media nümayəndələri, nə də qonaqların fanatları onlara yaxınlaşa bilməyəcək.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0