Azərbaycan çempionu ova çıxıb
09.10.2010 - 22:15
İspaniya milli komandasının futbolçusu Fernando Lorente Avro-2012-nin seçmə mərhələsinin Litva ilə oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hücumçu 3:1 hesabı ilə məğlub etdikləri rəqibin futbolçularını tərifləyib. Lorente bakının “İnter” klubunun üzvü Robertas Poşkusun da yer aldığı rəqib komandanın futbolçularını top ovçusuna bənzədib: “Biz belə qələbəyə çox sevinməliyik. Litva yığmasının hər futbolçusu sanki top ovlamaqla məşğul idi. Topa yiyələnən kimi də təhlükəli hücum edirdilər. Vurduğum 2 qola görə isə Serxio Ramos və Santi Kasorlaya minnətdaram. Belə dəstək olmasa hücumçular qol vura bilməz”.
Qeyd edək ki, “İnter”in heyətində Azərbaycan çempionu olan Poşkus dünyanın ən güclü komandasına qarşı oyunda 5 dəqiqə oynayıb. Yəni, 5 dəqiqə top “ovlayıb”.
Qeyd edək ki, “İnter”in heyətində Azərbaycan çempionu olan Poşkus dünyanın ən güclü komandasına qarşı oyunda 5 dəqiqə oynayıb. Yəni, 5 dəqiqə top “ovlayıb”.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0