Xəlil Altıntop Azərbaycana gəlməkdən imtina edib
10.10.2010 - 15:47
Türkiyə milli komandasının futbolçusu Xəlil Altıntop Azərbaycana gəlməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 12-də keçiriləcək oyununda Azərbaycan yığması ilə görüşəcək “ay-ulduzlular”ın hücumçusu bu matçda oynamaq istəmədiyini bildiribmiş. Buna komandasının oktyabrın 8-də Almaniyada darmadağına (0:3) üzülməsi səbəb olub. Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Xəlil çoxsaylı qol imkanlarını boşa verdiyi üçün Türkiyə millisinə fayda verə bilmədiyi qənaətinə gəlib. Altıntop bildirib ki, onun əvəzinə yığmaya fayda verməyi bacaran oyunçular cəlb olumalıdır. Lakin türkiyəlilərin baş məşqçisi Qus Hiddink psixoloji cəhətdən sınan hücumçu ilə fərdi söhbət edərək, onu Bakıya gəlməyə razı salıb.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0