Sərvətin maskası - FOTO
12.10.2010 - 09:24
Türkiyə yığmasının müdafiəçisi Sərvət Çətinin Azərbaycanla oyunda iştirak etməsinə problem qalmayıb. Apasport.az saytının məlumatına görə, əslən Azərbaycandan olan futbolçu soydaşları ilə görüşə qoruyucu maskada çıxmalı olacaq.
Bu, şəxsən Sərvət üçün hazırlanıb. Almaniya yığması ilə səfər oyununda rəqib qapıçı Manuel Noyerlə mübarizə zamanı burnu qırılan, almacıq sümüyündən xəsarət alan Çətin meydanda döyüşkənliyi ilə seçilir. O, hələ Avropa çempionatının bürünc medalını qazandıqları 2008-ci ildə “Qalatasaray”ın formasında da bir çox oyunlara məhz qoruyucu maska ilə çıxıb. Sərvətin məşqdə olduğu kimi, bu gün oyuna da belə çıxacağı nəzərdə tutulub.

- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0