Avropa Kubokuna 3 boksçumuz yollandı
21.10.2010 - 10:58
Sabah Ukraynanın Xarkov şəhərində boks üzrə Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması Elvin Məmişzadə (49 kq), Emil Məhərrəmov (69 kq) və Fərid Paşayevlə (+91 kq) təmsil olunacaq. Yığmamız səfərə məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanıb.
15 ölkə boksçularının mübarizə aparacağı Avropa Kubokunun qalibləri oktyabrın 23-də müəyyənləşəcək. 10 çəki üzrə keçiriləcək yarışda hər çəkidə 4 boksçu mübarizə aparacaq. Reqlamentə əsasən, ilkin cütlülərdə qalib gələcək idmançılar finala vəsiqə qazanacaqlar.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0