Yığmamızın Ukrayna sınağı
21.10.2010 - 11:40
Azərbaycanın böyüklərdən ibarət boks üzrə milli komandası Ukraynanın Simferopol şəhərində keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin şərəfini Cavid Çələbiyev (52 kq), Rəhim Nəcəfov (56 kq), Heybətulla Hacıəliyev (60), Tamerlan Abdullayev (64 kq), Rahib Bəylərov (75 kq) və Kamran Mehdiyev (81 kq) qoruyurlar. Turnirə oktyabrın 26-da yekun vurulacaq.
Qeyd edək ki, yığmamız Ukraynada məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında qüvvəsini sınayır.
Qeyd edək ki, yığmamız Ukraynada məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında qüvvəsini sınayır.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0