Hiddink: Azərbaycandakı xəyal qırıqlığından sonra dəyişiklik olacağını söyləmişdim
25.10.2010 - 09:20
“Azərbaycan yığması ilə yaşadığımız xəyal qırıqlığından sonra dəyişiklik olacağını söyləmişdim. Gənc futbolçularımızla dəyişiklik edə bilərik. Önümüzdə çox vaxt var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Qus Hiddink deyib. Superliqanın oyunlarını izləmədiyi üçün kəskin tənqid olunan hollandiyalı mütəxəssis son turda “Trabzonspor” – “Gənclərbirliyi” görüşünə baxıb. Hiddink gördüklərindən razı qalıb: “Trabzonda çox gözəl bir ikinci hissə izlədim. Gənc oyunçuların səviyyəsindən təsirləndim. “Trabzonspor”da Sərkan Balçı çox yaxşı işlər görür”.
Qeyd edək ki, Türkiyə yığması Avro-2012-nin seçmə mərhələsində keçirdiyi son rəsmi oyunda millimizə Bakıda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, Türkiyə yığması Avro-2012-nin seçmə mərhələsində keçirdiyi son rəsmi oyunda millimizə Bakıda 0:1 hesabı ilə uduzub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0