Boksçularımız Ukraynadan “5”-lə qayıdır
25.10.2010 - 12:44
Azərbaycanın böyüklərdən ibarət boks üzrə milli komandası Ukraynanın Simferopol şəhərində keçirilən beynəlxalq turnirdən vətənə uğurla qayıdıblar. Apasport.az saytının məlumatına görə, Nəriman Abdullayevin rəhbərliyi altında səfərə yollanan 6 boksçumuzdan 5-i finala kimi irəliləyib. Onlardan Rəhim Nəcəfov (56 kq) və Heybətulla Hacıəliyev (60) bu mərhələdə də qələbə ilə başa vuraraq qızıl medala sahib olublar. Komanda yoldaşlarından fərqli, Cavid Çələbiyev (52 kq), Tamerlan Abdullayev (64 kq) və Rahib Bəylərov (75 kq) həlledici görüşdə uduzaraq gümüş medalla kifayətləniblər. Milli komandamızın heyətində yalnız Kamran Mehdiyev (81 kq) fəxri kürsüdə yer almayıb.
Qeyd edək ki, 12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan yığması Ukraynadan sonra ikinci olub.
Qeyd edək ki, 12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan yığması Ukraynadan sonra ikinci olub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0