Azərbaycan yığmasının heyəti açıqlandı
01.11.2010 - 12:13
Sambo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 4-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək mundialda Azərbaycanın idman şərəfini baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında Elçin Mayılov (52 kq), İslam Qasımov (57 kq), Elnur Əhmədov (62 kq), Namiq Sultanov (68 kq), Samir Kərimov (74 kq), Elməddin Əhmədov (82 kq) və Bəxtiyar Abbasov (90 kq) qoruyacaqlar. Yarışa noyabrın 7-də yekun vurulacaq.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimimiz Cabir İsmayılov da ədalət təmsilçisi kimi iştirak edəcək.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimimiz Cabir İsmayılov da ədalət təmsilçisi kimi iştirak edəcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0