Azərbaycan samboçusu dünya çempionu oldu
07.11.2010 - 15:04
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatının ilk 2 günü Azərbaycan samboçuları üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, mundialda 7 idmançı ilə mübarizə aparan yığmamızın 4 üzvü fəxri kürsüdə yer alıb.
Milli komandamızın ən təcrübəli samboçularından Elçin Mayılov (52 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adını qazanıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan İslam Qasımov həlledici qarşılaşmada Qazaxıstan təmsilçisinə uduzaraq, gümüş medalla kifayətlənib. Onların komanda yoldaşları Elməddin Əhmədov (82 kq) və Elnur Əhmədov (62 kq) isə bürünc medala layiq görülüblər.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0