Avro-2012 üçün sms yarışması
11.11.2010 - 19:10
Polşa və Ukraynada keçiriləcək Avro-2012-nin rəsmi talismanının təqdimat mərasimi noyabrın 16-da keçiriləcək. Apasport.az saytının məlumatına görə, Varşavada baş tutacaq və təşkilatçı ölkələrin məşhur futbol adamlarının iştirak edəcəyi tədbirin əsas özəlliyi sms yarışması olacaq. Belə ki, talismanın adı məhz sms səsverməsi ilə müəyyənləşəcək. Ukrayna və Polşa əhalisi öz telefonları vasitəsilə açıqlanacaq adlardan birinə səs verəcək. Daha çox səs toplayan ad isə talismana veriləcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0