“Sarı gəlin”lə başladı, ermənini nokdauna saldı
13.11.2010 - 13:19
Peşəkar boksçumuz Azad Əzizov növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, mayda İBO kəmərini qazanan 27 yaşlı idmançımız bu dəfə PABA kəməri uğrunda qüvvəsini sınayıb.
Almaniyanın Stralsunde şəhərində təşkil olunan döyüşdə Əzizovun rəqibi Gürcüstanı təmsil edən erməni əsilli Kaxaber Avetisyan olub. Almaniyada baş tutan görüşdə rinqə “Sarı gəlin” mahnısının sədaları altında çıxan həmyerlimiz döyüşü nokdaunla bitirib.
Belə ki, 10 raunddan ibarət olan qarşılaşmanın 6-cı hissəsində boksçumuzun güclü zərbələri qarşısında tab gətirə bilməyən rəqib görüşü davam etdirə bilməyib və qarşılaşmanı yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Bu, Əzizovun peşəkar rinqdə 27-ci görüşü və 23-cü qələbəsi olub.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0