Azərbaycan çempionatını əcnəbi hakimləri idarə edəcəklər
04.12.2010 - 12:36
Taekvondo üzrə Azərbaycan çempionatının keçirilmə vaxtı müəyyənləşib. Yığmamızın baş məşqçi Ələkbər İmaməliyevin apasport.az saytına verdiyi məlumata görə, dekabrın 25-də start götürəcək yarış 3 gün davam edəcək.
O bildirib ki, London-2012-yə az bir müddət qaldığından çempionat mühüm əhəmiyyət kəsb edəcək: “Bu yarış yığmanı formalaşdırmaq baxımından çox önəmlidir. Burada fərqlənəcək taekvondoçular milli komandanın əsasını təşkil edəcəklər. Bunun üçün ciddi mübarizənin gedəcəyi qənaətindəyəm. Paytaxtda və bölgələrdə olan idmançılarımız son hazırlıqlarını keçirlər. Görüşləri 3 koreyalı və hələ ölkəsi tam dəqiqləşməyən 1 avropalı hakimlər idarə edəcək”.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0