Rusiya yığması Azərbaycana gəlməkdən imtina etdi
27.12.2010 - 17:12
Qadınlardan ibarət Rusiya yığması Azərbaycanda keçiriləcək usta cüdoçuların turnirinə qatılmayacaq. Apasport.az saytının xəbərinə görə, bu barədə məlumatı komandanın baş məşqçisi Anatoli Raxlin verib.
O, yarışdan imtina etmələrini komandanın təlim-məşq toplanışına bir qədər gec yığılacağı ilə əlaqələndirib: “Cüdoçularımız Bakıda keçiriləcək turnirə qatılmayacaqlar. Burada yüksək lisenziya xalları verilsə də, biz bir qədər sonra bir araya gələcəyik. Yeni ildə ilk qatılacağımız yarış isə yanvarın 28-30-da Sofiyada baş tutacaq Dünya kuboku olacaq”.
Qeyd edək ki, yanvarın 15-16-da Bakıda keçiriləcək turnirdə hər çəkidə reytinqinə görə dünyanın 16 ən güclü cüdoçusu tatamiyə çıxacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0