Yığmamızın heyəti açıqlandı
07.01.2011 - 09:50
Yanvarın 15-16-da Bakıda keçiriləcək usta cüdoçuların turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verən yarışda milli komandamızın baş məşqçisi Ağayar Axundzadə 8 idmançıya güvənəcək.
Belə ki, hər çəkidə dünyanın ən güclü 16 cüdoçusunun mübarizə aparacağı turnirdə ölkəmizin idman şərəfini İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəyev (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63) qoruyacaqlar.
Qeyd edək ki, 200 min ABŞ dolları mükafat fondu olan yarışın qalibi 400 lisenziya xalına sahib olacaq. 2-ci və 3-cü yerləri tutanlar isə müvafiq olaraq, 240 və 160 xal qazanacaqlar.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0