Taekvondoçularımız ilin ilk yarışında
21.01.2011 - 12:19
Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması 2011-ci ilini ilk beynəlxalq yarışına İsveçrədə çıxacaq. Apasport.az saytının məlumatına görə, Trelleborqda keçiriləcək turnirdə Azərbaycan milli komandası 11 idmançı ilə təmsil olunacaq.
Məmməd Abdullayevin rəhbərlik edəcəyi yığmanın heyəti artıq müəyyənləşib. Belə ki, oğlanların yarışında Tağı Tağızadə, Anar Mehdiyev, Babək Əjdərli, Mahmud Həsənov, Hüseyn Talıblı, Yusif Hüseynli və Nicat Fərəcov, qızların mübarizəsində isə Aliyə Zeynalova, Leyla Cəfərova, Günel Eyvazova və Mirxanım Ağayeva qüvvəsini sınayacaq.
Qeyd edək ki, taekvondoçularımız səfərə fevralın 3-də yola düşəcəklər. Beynəlxalq turnir isə fevralın 5-7-də keçiriləcək.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0