Dünya çempionatına uğurlu başlanğıc
24.01.2011 - 09:49
Yeni Zelandiyanın Krisçorç şəhərində keçirilən atletika üzrə paralimpiyaçılar arasında dünya çempionatının arxada qalan 2 günü Azərbaycan yığması üçün uğurlu olub. Apasport.az saytının məlumatına görə, 26 ölkənin atletlərinin iştirak etdiyi yarışın ilk günü milli komandamızın üzvləri 2 medal qazanıblar. Onlardan Oleq Panyutin uzunluğa tullanma üzrə qızıl (6,87), Hüseyn Həsənov isə bürünc medala (6,52) sahib olublar. Atletlərimiz qarşıdakı günlərdə daha 8 növdə qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, yanvarın 28-də başa çatacaq dünya çempionatı
London-2012 Yay Paralimpiya Oyunlarına lisenziya xalları verir.
Xatırladaq ki, yanvarın 28-də başa çatacaq dünya çempionatı
London-2012 Yay Paralimpiya Oyunlarına lisenziya xalları verir.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0