AİBA və Azərbaycan Boks Federasiyası arasında müqavilə imzalanıb - VİDEO
31.01.2011 - 16:23
Bu gün Beynəlxalq Həvəskar Boks Assosasiyası (AİBA) və Azərbaycan Boks Federasiyası (ABF) arasında müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, AİBA prezidenti Çinq-Kuo Vu və ABF prezidenti Kamaləddin Heydərov bu il Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatı ilə bağlı anlaşmanı imzalayıblar.
Sentyabrın 26-da start götürəcək və oktyabrın 8-ə qədər davam edəcək yarışda 600-ə yaxın idmançının iştirakı gözlənilir. Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.

- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
- BOK rəsmisi Bakıya gələcək
0
0