Yığmamız Norveçə gedir
02.02.2011 - 12:01
Cüdo üzrə Azərbaycan yığması Norveçə yollanacaq. Apasport.az saytının məlumatına görə, milli komandamız növbəti təlim-məşq toplanışını Skandinaviya ölkəsində keçirəcək.
Səfərə fevralın 9-da yollanacaq yığmamızın heyətində İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yer alacaqlar.
Norveçdə hazırlıq 1 həftə davam edəcək. Məşqlər yekunlaşdıqdan sonra isə cüdoçularımız buradan birbaşa Almaniyanın Düsseldorf şəhərinə yollanacaqlar və burada keçiriləcək Qran-Pri turnirində iştirak edəcəklər.
Qeyd edək ki, London-2012-yə lisenziya xalı verəcək Qran-Pri yarışı fevralın 19-20-də baş tutacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0