Əli İsmayılov martda döyüşəcək
03.02.2011 - 12:24
Peşəkar boksçumuz Əli İsmayılovun növbəti döyüşünüт vaxtı müəyyənləşib. Bu barədə apasport.az saytına idmançının özü məlumat verib. O bildirib ki, növbəti görüşünü martın əvvəllərində keçirəcək: “Artıq rinqə çıxacağım vaxt bilinir. Dünən promouterum danışıqları yekunlaşdırıb. Martın ilk günlərində keçirəcəyim döyüş reytinq xarakterli olacaq. Rəqibimin adı və dəqiq tarix isə həftənin sonlarında açıqlanacaq”.
İsmayılov görüşünün Azərbaycanda baş tutmayacağını da bildirib: “Rəqibimi Bakı rinqində qəbul etməyəcəyəm. Biz bu döyüşü Polşa və ya Danimarkada keçirmək istəyirik. Lakin bu məkan hələ tam dəqiqləşməyib”.
Qeyd edək ki, İsmayılov son döyüşündə kubalı Xuan Pablo Ernandesə nokautla uduzmuşdu.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0