Ramiz Məmmədov ruslarla “sülh” bağladı
03.02.2011 - 13:13
Azərbaycanlı məşqçi Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki 2-ci təlim-məşq toplanışında olan həmyerlimizin komandası Rusiya təmsilçisi “Luç-Enerji” ilə görüşüb.
Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Məmmədov Portuqaliyanın “Naval” klubundan gələn braziliyalı Conatas Rikardo Souzanın qoluna sevinib. Rusiyalılarda isə Aleksey Jdanov fərqlənib.
Qeyd edək ki, “Atırau” Antalyadakı 2-ci toplanışını Rusiyanın “Qazovik” (Orenburq) üzərindəki qələbə ilə başlamışdı – 2:1.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0