Millimizin yeni legioneri - Lyubenova
04.02.2011 - 11:28
Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasına cəlb edilən bolqarıstanlı xanım atletin soyadı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu, 85 kq çəki dərəcəsində çıxış edəcək Flamena Lyubenovadır.
Artıq yeni yaradılan qadınlardan ibarət milli komandamızın düşərgəsində olan legioner özünü yaxşı tərəfdən göstərəcəyi halda, Azərbaycan bayrağı altında çıxış etmək şansı qazanacaq.
Xatırladaq ki, Lyubenovadan öncə bolqarıstanlı Silviya Angelova da milliləşdirilərək komandamıza cəlb edilmişdi. Bu ölkədən atletlərin yığmamıza gəlməsi isə təbiidir. Çünki qadınlardan ibarət əsas komandamıza cavabdehliyi məhz bolqarıstanlı mütəxəssis İvan Xristov daşıyır.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0