İdmançı Bakıda adam öldürdü
10.02.2011 - 12:01
Azərbaycan paytaxtında qətl hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə, ötən il fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin qarşısında qeydə alınıb.
Universitetin qarşında iki nəfər arasında dava düşüb. Dava zamanı Bakı şəhər sakini, 30 yaşlı İlkin Süleymanov döyülüb. Ağır xəsarətlər alan İ. Süleymanov xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlər ağır olduğundan onu xilas etmək mümkün olmayıb.
Binəqədi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisənin üstü açılıb. Məlum olub ki, İ. Süleymanovu döyərək ona bədən xəsarətləri yetirən şəxs Rəsul Rəsulov adlı rayon sakinidir. İlkin məlumata görə, İ. Süleymanov R. Rəsulova məxsus dükandan oğurluq edib. Onlar məsləyə aydınlıq gətirmək üçün ABU-nun qarşısında görüşüblər. Onların arasında dava düşüb və R. Rəsulov İ. Süleymanovu döyüb. Nəticədə İ. Süleymanov aldığı xəsarətdən xəstəxanada ölüb.
Hadisəni törədən R. Rəsulovun idmançı olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0