Milliləşən idmançımızdan uğursuz debüt
14.02.2011 - 15:47
Qılıncoynatma üzrə Azərbaycan yığmasına yeni legioner cəlb edilib. Apasport.az saytına məlumatına görə, bundan sonra əslən Rusiyadan olan Lyuba Şutova milli komandamızın şərəfini qoruyacaq.
Legioner artıq üçrəngli bayrağımız altında ilk yarışını da keçirib. Qətərin paytaxtı Dohada təşkil edilən dünya Qran-prisinin növbəti mərhələsinə qatılan təmsilçimiz sonda 145 iştirakçı arasında 28-ci olub. Şutova ilk 6 görüşdə qələbə qazansa da, 1/32 finalda rusiyalı dünya çempionuna məğlub olaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Dohadan sabah qayıdacaq idmançımız fevralın 26-27-də Dünya kubokunda da qüvvəsini sınayacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0