Latviyalılar üçün sevimli məkan
15.02.2011 - 09:52
Latviya futbolu üçün ən münasib ölkə Azərbaycandır. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız daha çox həmyerlilərinin legioner həyatı yaşadığı ölkələri müəyyənləşdirib. 6 latviyalının çıxış etdiyi Azərbaycan çempionatı siyahının ilk pilləsində qərarlaşıb. Andrey Rubin “Qarabağ”ın, Girts Karlson “İnter”in, Pavel Doroşev “Qəbələ”nin şərəfini qoruyurdusa artıq onlara daha 3 nəfər qoşulub. Bunlar AZAL-dan Ritus Kryauklis, “Gəncə”dən Kristap Qrebis ölkəmizə transfer olunmaqla bu rəqəmi 5-ə çatdırıb. Düzdür, Polşada da eyni sayda latviyalı futbolçu çıxı edir. Lakin “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkovun da onların həmyerlisi olması tarazlığı pozur. Ancaq latviyalılar Polşa klublarında oynayan 5 oyunçularına yenilərini qoşulacağına ümid edir. Söhbət baxışda olan futbolçuların bəyənilməsindən gedir. Hələlik isə Azərbaycan latviyalılar üçün ən sevimli məkandır.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0