Vüqar Həşimov Teymur Rəcəbovu arxada qoydu
28.02.2011 - 16:28
Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda qrossmeysterlərimizdən yalnız Vüqar Həşimov irəliləyib.
Reytinq xalını 2746-ya çatdıran həmyerlimiz 13-cü pillədən 11-ci yerə yüksəlib. O, bununla Teymur Rəcəbovu da qabaqlayıb. “Sülhsevər oğlan” isə son siyahıda olduğu kimi yerində sayıb. Aktivində 2744 xalı olan Teymur 12-ci pillədə qərarlaşıb.
Həşimov və Rəcəbovdan fərqli, Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. Qrossmeysterimiz 2772 xalla 9-cu yerə enib.
Milli komandamızın digər üzvü – Rauf Məmmədov da “yüzlük”də yer alıb. O, 2667 xalla 77-cidir.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0