Bodibildinq tariximizdə yeni səhifə
07.03.2011 - 10:22
ABŞ-ın Ohayo ştatının Kolambus şəhərində keçirilən “Arnold Classic” turnirinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən bodibildinqçilərimizdən Vüqar Verdiyev (85 kq) bu mötəbər yarışın bürünc mükafatını qazanıb.
Bu, yarışda ilk dəfə iştirak edən Azərbaycan yığması üçün böyük nailiyyətdir. Çünki turnir əhəmiyyətinə görə bodibildinq üzrə dünya çempionatından daha üstündür və yalnız “Mister Olimpiya” turnirindən geri qalır.
Qeyd edək ki, “Arnold Classic” kişi turniri ənənəvi olaraq Kaliforniya ştatının eks-qubernatoru Arnold Şvartsneqqer və onun biznes portnyoru Cim Lorimer tərəfindən keçirilir. İlk dəfə “Arnold Classic” turniri 1989-cu ilin martın 11-də təşkil edilib.
Əlibəy ZEYNALLI

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0