Əlavə göstəricilər bizi geri saldı
09.03.2011 - 09:57
İranın Məşhəd şəhərində keçirilən şahmat üzrə beynəlxalq “Fəcr” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 18 ölkədən 246 zəka sahibinin qatıldığı yarışda yığmamızın heyətində Qədir Hüseynov və Nicat Məmmədov mükafatçılar sırasında yer almağa yaxın olsalar da, arzularını reallaşdıra bilməyiblər.
11 oyundan 8,5 xal toplayan həmyerlilərimiz yalnız əlavə göstəricilərə görə fəxri kürsüdə yer ala bilməyiblər. Onlar müvafiq olaraq, 4 və 6-cı yerlərdə qərarlaşıblar. Komanda yoldaşından 0,5 xal az toplayan Loğman Quliyev isə 17-ci yeri tutub.
Qeyd edək ki, turnirin qalibi adını hollandiyalı Sergey Tivyakov qazanıb.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0