Qızıl üçün vuruşanlar
12.03.2011 - 00:10
Bakı İdman Sarayında keçirilən boks üzrə “Böyük İpək Yolu” turnirində finalçıların adları məlum olub. Apasport.az saytının xəbərinə görə, Azərbaycan boksçularından 9-u həlledici görüşdə mübarizə aparmaq hüququ əldə edib.
Maraqlıdır ki, onlardan yalnız dördü böyüklərdən ibarət milli komandamızın üzvləridir. Digər idmançılar isə gənc və perspektivli boksçular kimi yarışa buraxılmışdılar. Üç çəki dərəcəsində - 60 kq, 75 kq, + 91 kq-da finalda Azərbaycan idmançıları təmsil olunmayacaqlar.
Milli komandamızdan sonra finalda ən çox boksçu ilə təmsil olunan ölkə Qazaxıstandır – 5.
Emil Əhmədovun ardınca, daha bir gənc idmançımız – Ramil Əliyev sensasiyaya imza atıb. Həmyerlimiz yarımfinalda rusiyalı dünya və Avropa çempionu Yeqor Mexontsevi (81 kq) məğlub edib. 52 kq çəki dərəcəsində finalda indiyədək böyüklər arasında yarışlarda iştirak etməmiş 2 gənc boksçumuz – Ramal Yusifzadə və Tural Əhmədov üz-üzə gələcək. Bundan başqa, 81 kq çəki dərəcəsində də həlledici qarşılaşmaya 2 həmyerlimiz – Ramil Əliyev və Vətən Hüseynli vəsiqə qazanıb.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0