Çexiyada uğursuz debüt
30.03.2011 - 15:57
Yeni yaradılan qadınlardan ibarət boks üzrə Azərbaycan yığması beynəlxalq turnirdə debüt edib. Apasport.az saytının məlumatına görə, Aleksandr Denisovun rəhbərlik etdiyi milli komandanın Çexiyada baş tutan yarışda ilk sınağı uğursuz alınıb.
13 ölkənin qatıldığı turnirdə rinqə çıxan xanım boksçularımızın hər ikisi ilk görüşlərindəcə uduzublar. Belə ki, Əzizə Abbasova (51 kq) polşalı Sandra Drabikə, Aizanat Hacıyeva (60 kq) macarıstanlı Nikolett Trappa yenilib.
Yarışın iştirakçıları arasında digər təmsilçimiz Yelena Vıstropolun (75 kq) adı olsa da, o qeyri-müəyyən səbəbdən döyüşə çıxmayıb.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0