Həmzət Ağayev: Əminəm ki, finala çıxacağıq
11.04.2011 - 08:52
“4:1 hesabı ilə qələbə qazanmağımıza baxmayaraq, görüş çətin keçdi. Qələbə qazandığımıza görə sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bunu WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubunun baş məşqçisi Həmzət Ağayev deyib.
O, Fransanın “Paris United” komandası üzərində ilk yarımfinal matçından sonra 4:1 hesablı qələbəyə münasibət bildirib: “Azarkeşlər də qələbəmizdə kifayət qədər aktiv rol oynadılar. Əminəm ki, cavab qarşılaşmasında da sərfəli nəticə əldə edərək, finala çıxacağıq. Finalda kiminlə qarşılaşmağımızın elə bir əhəmiyyəti yoxdur. Çünki qarşımıza turniri qələbə ilə başa vurmaq məqsədi qoymuşuq. Bizə göstərdiyi hərtərəfli dəstəyə görə federasiya prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm”.
Qeyd edək ki, cavab qarşılaşması aprelin 15-də Parisin Palais Des Sports Marcel Cerdan kompleksində keçiriləcək.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0