Azərbaycan yığmasında yeni məşqçi
11.04.2011 - 10:59
Boks üzrə Azərbaycan yığmasına yeni məşqçi cəlb edilib. Bu barədə apasport.az saytına açıqlamasında milli komandanın baş məşqçisi Yevgeni Kotov məlumat verib. O bildirib ki, bundan sonra boksçularımızın fiziki hazırlığına Aleksandr Staravoytov cavabdehlik daşıyacaq.
Belaruslu mütəxəssis komandamızda fəaliyyətinə mayın sonlarında başlayacaq. Hazırda “Baku Fires”də fiziki hazırlıq üzrə məşqçi kimi çalışan Staravoytov WSB liqası yekunlaşanadək fəaliyyətini burada davam etdirəcək.
Qeyd edək ki, Yevgeni Kotov da öncə “Baku Fires”in baş məşqçisi olub.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0