İdmançımız debütdə 3 rekord vurdu - FOTO
11.04.2011 - 13:03
Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü Valentin Xristov yeni Avropa rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı legionerimiz buna Rusiyanın Kazan şəhərində keçirilən qitə çempionatında nail olub.
56 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Avropa çempionatında (birdənqaldırmada 115 kq, təkanlaqaldırma 147 kq) 262 kq çəkini ram edib. Bu isə qitə yarışlarında U-17 üçün yeni rekordun qeydə alınması ilə nəticələnib. Birincilikdə rəqibləri arasında yaşına görə ən kiçik olan idmançımız birdənqaldırmada və təkanlaqaldırmada da Avropanın yeni rekordçusuna çevrilib.
Qeyd edək ki, bu uğur bolqarıstanlı legionerin milli komandamızda debütünə təsadüf edib.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0