Məşhur şahmatçılar Azərbaycana gəlir
12.04.2011 - 10:43
Naxçıvanda mərhum prezident Heydər Əliyevin xatirəsinə keçiriləcək kişilər, qadınlar və veteranlar arasında beynəlxalq turnirə qatılacaq məşhur şahmatçıların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 23-dən mayın 1-nə kimi keçiriləcək yarışda azərbaycanlı zəka sahibləri ilə bərabər, Vanq Yue (Çin), İvan Sokolov (Hollandiya), Fransisko Valyexo (İspaniya), Zoltan Almaşi (Macarıstan), İlya Smirin (İsrail), Yevgeni Meroşliçenko (Belarus) və başqaları mübarizə aparacaqlar.
Turnirdə, həmçinin beynəlxalq qrossmeysterlərimiz Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli və qadınlardan ibarət milli komandamızın bütün heyəti qüvvəsini sınayacaq.
Qeyd edək ki, A və B kateqoriyaları üzrə təşkil ediləcək yarış İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Ümumi mükafat fondu isə 66 min 500 ABŞ dolları olan turnirin iştirakçılarının tam siyahısı isə sabah dəqiqləşəcək.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0