Yığmamız Vladimir Putinin mükafatı uğrunda yarışda
13.04.2011 - 09:09
Azərbaycan yığması “Yedinaya Rossiya” Ümumrusiya siyasi partiyasının sədri Vladimir Putinin mükafatı uğrunda kişilər arasında cüdo üzrə beynəlxalq turnirdə mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, mayın 4-6-da Dağıstanda keçiriləcək sayca 3-cü yarışda Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Litva və Tacikistan idmançıları iştirak edəcəklər. Rusiya isə turnirə müxtəlif regionlarını təmsil edən komandalarla qatılacaq.150-dən çox idmançının qüvvəsini sınayacağı turnir 7 çəki dərəcəsi üzrə olacaq.
Qeyd edək ki, millimiz səfərə 15 cüdoçu ilə yollanacaq.
Qeyd edək ki, millimiz səfərə 15 cüdoçu ilə yollanacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0