Yanko Rusev Avropa çempionatında iştirak etməməyimizə aydınlıq gətirdi
13.04.2011 - 16:17
“Biz dünya çempionatına hazırlaşırıq. Əsas məqsədimiz bu yarışda uğurla iştirak etməkdir. Rumyana Petkova isə zədəli olduğundan, onu yarışa buraxmadıq”. Apasport.az saytının məlumatına görə, bunu ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusev deyib.
Bolqarıstanlı mütəxəssis atletlərimizin Kazanda təşkil olunan Avropa çempionatında mübarizə aparmamasına aydınlıq gətirib. O, Bolqarıstan mətbuatına verdiyi açıqlamada bildirib ki, yarışda komandanın iştirakı elə vacib deyil: “Əvvəlcədən biz son qərarımızı verməmişdik. Lakin yekunda Valentin Xristovu qitə çempionatına yolladıq. Digər atletlərimizin iştirakına isə ehtiyac görmədik. Əsas məqsədimiz lisenziya yarışlarında uğurlu çıxışdır. Bundan əlavə, komanda da tam formada deyil”.
Qeyd edək ki, Kazanda keçirilən Avropa çempionatında yığmamız 8 atletin iştirakını planlaşdırsa da, sonda yalnız Valentin Xristov podiuma çıxdı. Lakin sonda onun göstərdiyi nəticə ləğv olundu.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0