Əli İsmayılovu yenə nokauta saldılar
17.04.2011 - 11:28
Əli İsmayılovu yenə nokauta saldılar
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov növbəti görüşünə çıxıb. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz yenə uğursuzluqla üzləşib.

WBS kəməri uğrunda döyüşdə David Kinonero ilə qarşılaşıb. İspaniyanın “Plaza de Toros” arenasında baş tutan döyüşün 5-ci raundda rəqibi İsmayılovu təslim edib. Bu dəfə də texniki nokaut qeydə alınıb.

Xatırladaq ki, bu, İsmayılovun ardıcıl üçüncü belə məğlubiyyətidir.