48 ölkənin yığması Bakıya gəlir
19.04.2011 - 11:46
Mayın 6-8-də Bakıda keçiriləcək cüdo üzrə Qran-pri turnirdə iştirak etmək istəyən ölkələrin qeydiyyatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yekunda Olimpiadaya lisenziya xarakterli yarışa 48 ölkənin yığmasının gələcəyi dəqiqləşib.
Bu komandaların heyətində isə paytaxtımıza 500-dən çox idmançı təşrif buyuracaq.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq Qran-prinin mükafat fondu 100 min dollardır. Kişilərin yarışında Azərbaycan tam heyətlə təmsil olunacaq. Xanım cüdoçuların mübarizəsində isə 2 və ya 3 idmançımız tatamiyə çıxacaq.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0