“Ramil Quliyev səhv etdiyini anlayacaq”
20.04.2011 - 10:39
“Ramil Quliyev səhv etdiyini anlayacaq. Onun bizə etdiyi müraciətlər isə heç bir nəticə verməyəcək”. Bunu apasport.az saytına açıqlamasında atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Məhərrəm Sultanzadə deyib.
O bildirib ki, Azərbaycan yığmasından imtina edərək, Türkiyə millisini seçən Ramil Quliyevin müraciətlərinə müsbət cavab verilməyəcək. Sultanzadənin sözlərinə görə, hazırda Türkiyə Atletika Federasiyası da icazə üçün çalışsa da, bu, mümkün deyil: “Onlar Ramili milliləşdirməklə Olimpiadaya aparmağı planlaşdırırdılar. Lakin biz buna imkan verməyəcəyik. Bununla bağlı federasiyanın İcraiyyə Komitəsinin iclası da keçirildi və burada qərar qəbul olundu ki, Quliyevə icazə verilməyəcək. O, artıq 3 il gözləmək məcburiyyətindədir. Bu qərar isə dəyişməz qalacaq”.
Qeyd edək ki, Ramil Türkiyə vətəndaşlığını qəbul etsə də, Azərbaycan tərəfinin icazəsi olmadan 3 il həmin ölkənin yığmasında iştirak edə bilməz.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0