Blatter vəd verib, AFFA-dan kömək istədi
20.04.2011 - 18:00
FİFA prezidenti Yozef Blatter növbəti seçkilər ərəfəsində əl-ayağa düşüb. Apasport.az saytının məlumatına görə, isveçrəli futbol funksioneri quruma üzv olan ölkələrin federasiyalarına məktub göndərib. O, məktubunda federasiyaları qarşıdakı prezident seçkilərində qalib gələcəyi halda, görəcəyi işlər haqda məlumatlandırıb.
Blatter qeyd edib ki, korrupsiya, dopinq, danışılmış oyunlarla mübarizəni daha da gücləndirəcək. O, bu məqsədlə, həmçinin müxtəlif layihələr məqsədilə 1 milyard dolları federasiyalar arasında bölüşdürəcək. FİFA prezidenti arxada qalan dövrdəki fəaliyyətini də xatırladaraq, bu kursu davam etdirmək üçün vaxt verilməsini xahiş edib.
Qeyd edək ki, AFFA quruma üzv olan 208 federasiyadan biridir. Blatter prezident seçiləcəyi halda, ilk səfərini məhz ölkəmizə olacaq. Blatter futbolumuzun 100 illiyi ilə bağlı təşkil olunacaq tədbirə dəvətlilər sırasındadır.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0