“Məni Azərbaycan milli komandası ilə oyuna gözləyin”
21.04.2011 - 10:10
“İşlərim normaldır. Ancaq hələ oynaya bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Qazaxıstan yığmasının futbolçusu Andrey Karpoviç deyib. Çexiyalı baş məşqçi Miroslav Beranek Karpoviçi millimizlə iyunun 3-də Astanadakı rəsmi oyunda kapitan təyin edəcəyini bildirib. Ancaq təcrübəli futbolçu zədəli problemi üzündən oynaya bilmir. Buna görə üzülməyən Karpoviçin sözlərinə görə, Azərbaycanla görüşə qədər hazır olacaq: “Hazırda məşq edirəm. Artıq yavaş-yavaş ümumi qrupa qoşuluram. Ancaq bu, hələ ki yalnız bəzi hərəkətlərdir. Hələ 3 həftə də oynaya bilməyəcəyəm. Məni 3 həftədən sonra, yığmamızın növbəti oyununa gözləyin”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0